
Bu rayonda qaz kəsiləcək - DİQQƏT
Oktyabrın 10-da saat 10:00-dan işlər başa çatanadək Samux rayonunun 4 yaşayış məntəqəsinin qaz təminatında fasilələr olacaq. "Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, bu müddət ərzində “Samux Əhali” ölçü qovşağından qidalanan qaz xətlərində texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə bağlı işlər icra olunacaq.
Bundan başqa, oktyabrın 10-da saat 14:00-dan etibarən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Asan Həyat” kompleksinin qazanxanasının qazlaşdırılması məqsədilə yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri görüləcək. Həmin vaxt Ağcabədi şəhəri, bir neçə kənd və qəsəbədə qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Oxşar yazılar

6 saatdan az yatanda orqanizmə nə olur? - ARAŞDIRMA
8 iyul 2025 , 15:37
Balakəndə 20 mindən çox abonentin qazı kəsiləcək
8 iyul 2025 , 15:03
Sabah çimərliklərdə hava küləkli olacaq
8 iyul 2025 , 13:54
Dəri xəstəliyini yayanlara hansı cəza verilir? - CAVAB
8 iyul 2025 , 13:24
53 yaşında 13-cü diplomunu aldı
8 iyul 2025 , 13:09
Leysan yağacaq, dolu düşəcək - Sabahın havası
8 iyul 2025 , 12:37
Qarabağa getmək istəyənlərə ŞAD XƏBƏR
8 iyul 2025 , 12:06