Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncama əsasən, Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,78 milyon manat ayrılıb.