Bu qədər abituriyent bazar günü imtahan verəcək
04 iyul 2019 11:02 (UTC +04:00)

Bu qədər abituriyent bazar günü imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 7-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
 
Mərkəzdən Lent.az-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 57 binada aparılacaq.
 
İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayacaq.
 
İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
 
İmtahanda 28699 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 11134 abituriyent II qrup üzrə, 17565 abituriyent III qrup üzrə imtahan verəcək.
 
Abituriyentlərdən 26523 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 10107, III qrup üzrə 16416 nəfər), 2176 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1027, III qrup üzrə 1149 nəfər) məzunudur. Abituriyentlərin 12411 nəfəri oğlanlar (II qrup üzrə 7456 nəfər, III qrup üzrə 4955 nəfər), 16288 nəfəri isə qızlardır (II qrup üzrə 3678 nəfər, III qrup üzrə 12610 nəfər). 25291 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2819 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 29 nəfər ali təhsil müəssisələrinin, 560 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 116 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2004-cü ildəndir.
 
Bakı şəhərində 12608, Naxçıvanda 1532, Gəncədə 2977, Sumqayıtda 1460, Mingəçevirdə 1167, Şəkidə 1521, Bərdədə 1646, Göyçayda 1151, Şirvanda 1741, Lənkəranda 1841, Xaçmazda isə 1055 abituriyentin imtahan verəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547
avatar

Oxşar yazılar