Bu il vətəndaşlara 16 milyarddan çox kredit verilib
14 iyun 2014 12:21 (UTC +04:00)

Bu il vətəndaşlara 16 milyarddan çox kredit verilib

Maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin məbləği may ayının 1-nə 16.2 milyard manata çataraq ötən ilin may ayının 1-nə nisbətən 24.8 faiz artıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Verilmiş kreditlərin 12.7 milyard manatı uzunmüddətli olub. Kreditlərin 895.6 milyon manatının ödəmə vaxtı keçib. 


Əhalinin banklardakı əmanətlərinin həcmi keçən illə müqayisədə 13.9 faiz artaraq may ayının 1-nə 6.6 milyard manata çatıb. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 4.1 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlər isə 2.5 milyard manat olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641

Oxşar yazılar