Azərbaycanda bu ilin 9 ayının göstəricilərinə görə, inyeksion narkotik istifadəçiləri QİÇS-ə yoluxmuş insanların 58.3 faizini təşkil edir. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Ölkədə ümumi QİÇS daşıyıcılarının 20 faizini qadınlar təşkil edir, onların da 83 faizi cinsi yolla yoluxanlardır.
Verilən məlumatda o da qeyd olunur ki, bu ilin 11 ayı ərzində Azərbaycanda QİÇS-dən 580 nəfər vəfat edib. Onlardan 8-i əcnəbi vətəndaşlardır.