Bu il 1446 müəllim işə qəbul olunub
30 dekabr 2013 13:53 (UTC +04:00)

Bu il 1446 müəllim işə qəbul olunub

Bu il 3286 vakant müəllim yeri müsabiqəyə çıxarılıb. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, vakant yerlərə 18 782 nəfər elektron ərizə verib. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun nəticələrinə görə, ümumilikdə 1281 nəfər işə qəbul olunub. Əvvəlki illərdən fərqli olaraq, cari ildə müəllimlərin işə qəbulu üzrə vakant yerlərin sayı artsa da, keçid balı aşağı salınmayıb, işə qəbul olunacaq müəllimlərin peşəkar kompetensiyalarının daha yüksək olması müsabiqənin əsas meyarı kimi götürülüb.

 

Ümumilikdə bu il Azərbaycanda ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu prosesində çeviklik artırılıb.

 

Əvvəlki dövrdə müəllimlərin işə qəbulu ilə bağlı təkcə test imtahanları 6-7 həftə ərzində aparılırdısa, cari ildə isə bu proses cəmi 13 gün çəkib.

 

Təhsil Nazirliyi tərəfindən noyabr ayında ümumtəhsil məktəblərində boş qalmış vakant yerlərə əlavə yerləşdirmə aparılıb. Əlavə yerləşdirmədə cari ildə müəllimlərin işə qəbulu müsabiqəsində keçid balı toplamış, lakin işə qəbul olunmamış şəxslər iştirak ediblər. Bu mərhələdə iştirak edən 1257 nəfərdən 165 nəfəri işə qəbul olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660
avatar

Oxşar yazılar