Bu gün Beynəlxalq Qadınlar Günüdür
08 mart 2014 00:01 (UTC +04:00)

Bu gün Beynəlxalq Qadınlar Günüdür

 

Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur. Lent.az-ın məlumatına görə, bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.

Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilir.

1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildən isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

Rəsmi statistikalara görə, ölkədə səhiyyə sahəsində çalışanların 70, təhsil işçilərinin isə 69 faizi qadınlardır. Azərbaycan Milli Məclisinin 10-dan artıq qadın üzvü var. 8 Mart-Beynəlxalq Qadınlar günü Azərbaycanda qeyri-iş günü elan olunub.

 

Bayramınız mübarək, əziz qadınlar!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780

Oxşar yazılar