Bu gün “Zerkalo” və “Ayna”da son iş günüdür
30 may 2014 17:45 (UTC +04:00)

Bu gün “Zerkalo” və “Ayna”da son iş günüdür

“Zerkalo” və “Ayna” qəzetləri bağlanır, bu gün qəzetlərdə sonuncu iş günüdür.  Lent.az-ın hafta.az-a istinadən verdiyi məlumata görə, sabah qəzet satışda olacaq. Gələn həftədən isə bir müddətlik qəzetin fəaliyyəti dayandırılır. Buna səbəb isə maddi problemdir. 

 

Baş redaktor Elçin Şıxlı açıqlamasında isə bildirib ki, qəzet hələ ki, fəaliyyətini davam etdirir.

E.Şıxlı Mətbuat Şurasının sədri Əflatun Amaşovla nəzərdə tutulan görüşü haqda danışıb. Baş redaktor Ə.Amaşovla görüşmədiklərini deyib: “Əflatun Amaşov mənimlə əlaqə saxlamışdı, amma proses gedir, mən də gözləyirəm. Dəqiq bir şey deyə bilmərəm”. E.Şıxlı qəzetdə ixtisarların olduğunu deyib: “Qəzetdə mütəmadi şəkildə 3 ildir ki, ixtisarlar olur. Sonuncu dəfə də iki həftə əvvəl ixtisar oldu”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 893
avatar

Oxşar yazılar