Britaniyalı lord Bakı Ali Neft Məktəbində
04 iyun 2014 11:05 (UTC +04:00)

Britaniyalı lord Bakı Ali Neft Məktəbində

Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord Riçard Risbi, Kembric Universitetinin professoru, Asiya və Orta Şərq dilləri fakültəsinin rəhbəri Cefri Xan və “Global Strategy” şirkətinin direktoru Entoni Fişer Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti ilə görüşüblər. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib. 

 

Qonaqları Azərbaycanda və Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edən Ümumi işlər üzrə prorektor Rəşad Həsənov xaricdə rəsmi səfərdə olan rektor Elmar Qasımovun salamlarını onlara çatdırıb. Daha sonra Bakı Ali Neft Məktəbinin yaranma tarixi haqqında qonaqlara ətraflı məlumat verən R. Həsənov bildirib ki, ali məktəbin yaradılmasında əsas məqsəd günü-gündən inkişaf edən ölkəmiz, eyni zamanda istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən ARDNŞ üçün beynəlxalq standartlara cavab verən ingilis dilli kadrların hazırlanması olub.

 

Lord Riçard Risbi Bakı Ali Neft Məktəbinin gənc kollektivinə uğurlar diləyib. O, qısa vaxt ərzində Avropa standartlarına cavab verən, ingilis dilli, müasir tədris texnologiyaları ilə təchiz olunmuş belə bir universitetin yaranmasını yüksək qiymətləndirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar