Britaniya jurnalında səfirimizin məqaləsi dərc edildi
06 dekabr 2013 16:59 (UTC +04:00)

Britaniya jurnalında səfirimizin məqaləsi dərc edildi

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun “Diplomat” jurnalında məqaləsi dərc edilib. Məqalə ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründəki uğurlarına həsr olunub. Bu barədə Lent.az-a Səfirlikdən məlumat verilib.

 

Məqalədə qeyd edilib ki, 2011-ci ildə BMT-yə üzv dövlətlərin böyük dəstəyi ilə qeyri-daimi üzv seçilmiş Azərbaycan, 2 il ərzində bu təşkilatın əsas dəyər və prinsiplərinə sadiq qalıb: BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycan beynəlxalq ictimaiyyəti maraqlandıran əsas məsələlərə diqqət yetirib. 2012-ci ilin may ayında terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirəsi üçün xüsusi iclas çağırılıb”.

 

Məqalədə III Bakı Beynəlxalq Humanitar Forumu nümunə göstərilərək Azərbaycanın xüsusən son dövrlərdə müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri üçün beynəlxalq səviyyədə aktual mövzuların müzakirə edildiyi məkanına çevrildiyi diqqətə çatdırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496
avatar

Oxşar yazılar