Böyük Vətən Müharibəsində iştirak etmiş bəzi şəxslərin təqaüdləri artırıldı – <span style="color:red;">SƏRƏNCAM
30 aprel 2014 18:57 (UTC +04:00)

Böyük Vətən Müharibəsində iştirak etmiş bəzi şəxslərin təqaüdləri artırıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) prezidentin 2012-ci il 2 iyul tarixli sərəncamının 1-ci hissəsində təsbit edilmiş Prezidentin təqaüdünün aylıq məbləği 2014-cü il may ayının 1-dən artırılaraq 100 manat müəyyən edilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 954
avatar

Oxşar yazılar