Avtobuslarda ödənişsiz gediş ləğv olundu
04 iyul 2018 18:38 (UTC +04:00)

Avtobuslarda ödənişsiz gediş ləğv olundu

Paytaxtın enerji təminatında yaranan çətinliklərin əmələ gətirdiyi problemlər aradan qaldırıldığından müntəzəm marşrut xətləri üzrə tətbiq edilən xüsusi fəaliyyət rejimi ləvğ edilib.

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Qeyd olunub ki, hazırda müntəzəm sərnişindaşımaları adi günlərdə olduğu kimi davam etdirilir.

 

Bakı Nəqliyyat Agentliyi 3-4 iyul tarixlərində sərnişin daşınmasını xüsusi fəaliyyət rejimində təşkilində yaxından iştirakına və göstərdikləri köməyə görə daşıyıcılara, nəqliyyat əməliyyatları ilə bağlı əhalinin vaxtında məlumatlandırılması və maarifləndirilməsi işlərində göstərdikləri əvəzsiz dəstəyə görə kütləvi informasiya vasitələrinə təşəkkür edib: "Bununla yanaşı, ötən iki gün ərzində nəqliyyat sistemində yaranan çətinlikləri anlayışla qəbul edib yüksək vətəndaşlıq mövqeyi göstərən əhaliyə də dərin minnətdarlığımızı bildiririk”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286
avatar

Oxşar yazılar