Mədəniyyət və Turizm Nazirliyinə 3,5 milyon manat ayrıldı
11 noyabr 2015 18:26 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinə 3,5 milyon manat ayrıldı

 

Prezident İlham Əliyev 2016-cı il 25–27 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Maliyyə Nazirliyinə  2016-cı il 25–27 aprel tarixlərində Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində təşkili üçün Prezidentin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılmasını təmin etmək tapşırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar