
Bir kənddə 32 qəbirstanlıq - AZƏRBAYCANDA
Qobusutanın 5 min il tarixə malik Süngü kəndi bu gün də öz tarixiliyini qoruyub saxlayır.
Lent.az-ın "Kanal S"-ə istinadən verdiyi məlumata görə, əhalisi barmaqla sayılacaq bu kənddə nə az, nə çox 32 qəbiristanlıq var. Qobustanın Sündü kəndi öz tarixiliyi, qədimliyi ilə diqqət çəkir. Tarixi qəbir daşları bu gün də qorunub saxlanılır.
Kəndə tarix boyu başqa yerlərdən köç olmayıb. Burada yaşayanlar yerli sakinlərdir. Bu səbəbdən kənd yarandığı vaxtdan bu zamana qədər burda yaşayıb, burada dünyasını dəyişən insanlar müxtəlif ərazilərdə dəfn olunublar. Nəticədə kənddə çoxlu sayda qəbirstanlıq yaranıb. Kənd sakinlərinin əksəriyyəti 7 arxa dönəninin qəbirlərini tanıyır. Buradan tapılan maddi-mədəniyyət nümunələrinə əsasən, kəndin tunc dövründə aid olması ehtimal edilir. Hazırda bir çox tarixi abidələr mühafizə olunur. 1920-ci ildə inşa olunan Cümə Məscidi buna bariz nümunədir. Bu tarixi məbəd bu gün də insanlara xidmət edir.
Oxşar yazılar

Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38