Binəqədi İcra Hakimiyyətində xeyriyyə tədbiri
11 sentyabr 2013 16:24 (UTC +04:00)

Binəqədi İcra Hakimiyyətində xeyriyyə tədbiri

Binəqədi Rayon İcra Hakimiyyəti 15 sentyabr – Bilik Günü münasibətilə rayonda yaşayan aztəminatlı, şəhid, məcburi köçkün ailələrindən olan və əlil uşaqlara məktəbli ləvazimatları paylayıb. RİH-dən Lent.az-a verilən məlumata görə, bununla bağlı keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov dövlətin təhsil sahəsinə göstərdiyi qayğıdan danışıb, gənc nəslin təhsil alması, cəmiyyətdə savadlı, sağlam dünyagörüşlü vətəndaşlar kimi formalaşmasının dövlət başçısı İlham Əliyevin xüsusi diqqətlə yanaşdığı məsələ olduğunu vurğulayıb.

 

İcra Hakimiyyəti tərəfindən 200-ə yaxın aztəminatlı, şəhid, məcburi köçkün ailələrindən, qəyyumluqda olan və əlil uşaqlara məktəb ləvazimatları verilib və maddi yardım olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858
avatar

Mübariz Aslanov

Oxşar yazılar