Binəqədi İcra Hakimiyyətində daha bir TƏYİNAT
07 dekabr 2013 13:32 (UTC +04:00)

Binəqədi İcra Hakimiyyətində daha bir TƏYİNAT

Binəqədi rayon İcra Hakimiyyəti başçısının Xaləddin İsgəndərov İlqar Süleymanovu birinci müavin təyin edib. Bu barədə Lent.az-a İH-dən məlumat verilib. İ. Süleymanov bundan öncə icra başçısının müavini vəzifəsində çalışıb.

Süleymanov İlqar Qəzənfər oğlu 12 iyul 1970-ci ildə Gədəbəy rayonunun Keşişkənd kəndində anadan olub. 1992-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Maliyyə kredit” fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1992-ci ildə Xızı rayon Dövlət Vergi Müfəttişliyində Dövlət vergi müfəttişi, şöbə rəisi olaraq başlamış, 2000-2001-ci illərdə Xızı rayonu üzrə Vergilər şöbəsinin rəisi, 2001-2002-ci illərdə Nəsimi rayonu üzrə Vergilər İdarəsində rəis müavini, 2002-2004-cü illərdə Bakı şəhəri Baş Vergilər İdarəsində Operativ nəzarət idarəsinin rəis müavini, 2004-2010-cu illərdə Vergilər Nazirliyinin vergi ödəyicilərinin auditi baş idarəsinin şöbə rəisi, 2010-2012-ci illərdə 6 saylı Ərazi Vergi İdarəsinin rəisi, 2012-ci ildə Vergilər Nazirliyinin iqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsində rəis müavini vəzifələrində çalışıb.
Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini alıb.
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2012-ci il tarixli 150 nömrəli əmri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə, 04 dekabr 2013-cü il tarixli 148 nömrəli əmri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib. Ailəlidir, dörd övladı var.

# 3185

Oxşar yazılar