Biləcəri-Binəqədi avtomobil yolunda (4-cü qapı küçəsi) aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq may ayının 4-dən 5-nə keçən gecədən etibarən sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hərəkətin qismən məhdudlaşdırılması bir-neçə gün ərzində Biləcəri-Binəqədi yolunun “Daş bazarı” adlanan ərazisində, 4 yolun kəsişməsində tətbiq ediləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və qeyd olunan müddət ərzində sözügedən ərazidə sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməkləri tövsiyyə olunur.