Bəzi rayonlarda səyyar “ASAN xidmət” fəaliyyət göstərəcək
05 iyun 2013 17:01 (UTC +04:00)

Bəzi rayonlarda səyyar “ASAN xidmət” fəaliyyət göstərəcək

İlin sonuna kimi “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərməyəcəyi rayonlarda səyyar formada “ASAN xidmət” fəaliyyət göstərəcək. Lent.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, xüsusi, texniki avadanlıqlarla təchiz edilmiş avtobuslar respublikanın müxtəlif rayonlarında xidmətə başlayacaq. Agentlik sədrinin sözlərinə görə, artıq bu gündən etibarən Şirvan şəhərində səyyar avtobus Şirvan və Hacıqabul əhalisi üçün xidmət göstərməyə başlayıb: “Artıq bir həftədir ki, səyyar xidmət avtobusu Xırdalan şəhərinin Abşeron rayon qəsəbəsində xidmət göstərir. Həmin avtobus bu həftədən etibarən Quba şəhərinə yollanacaq və Şamaxı, İsmayıllı və ardıcıllıqla Balakən rayonuna qədər olan marşrut üzrə fəaliyyət göstərəcək. O cümlədən də cənub istiqamətində hərəkət edən avtobus Şirvan, Sabirabad, Salyan, Hacıqabul, Neftçala, Lənkəran, Masallı rayonlarını əhatə edəcək. Bundan sonra səyyar “Asan xidmət” avtobusları müəyyən trayektoriya ilə xidmət edərək respublikanın müxtəlif bölgələrində əhaliyə xidmət göstərəcək”.


İ.Kərimov qeyd edib ki, səyyar avtobusların hər bölgədə qalma müddəti təxminən 2 həftədir. Onun sözlərinə görə, bu avtobuslar hələlik müəyyən edilmiş marşrutlar üzrə cənub və şimal istiqamətlərində fəaliyyət göstərəcək. Agentlik sədrinin sözlərinə görə, marşrutlar bitdikdən sonra respublikanın mərkəzyanı regionları və sərhəd bölgələrində əhaliyə xidmət göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1075

Oxşar yazılar