Mayın 6-da Sankt-Peterburq-Bakı-Moskva marşrutu üzrə “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşə start veriləcək. Lent.az-ın məlumatına görə, avtoyürüşün təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri Leyla Əliyevadır.
Avtoyürüşün keçirilməsində məqsəd gənc nəslin vətənpərvərlik tərbiyəsi, MDB dövlətlərinin vətənpərvərlik cəmiyyətləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, II Dünya Müharibəsi və vətənimizin tarixinə marağın artırılmasından ibarətdir.
Avtoyürüş iştirakçıları iyunun 6-7-də Qubaya, iyunun 7-9-da Qəbələyə və 9-11 iyunun 9-11 isə Bakıya səfər edəcəklər.