
Beş yaşlı qızın mədəsindən böyük tük kütləsi çıxarıldı - VİDEO
Azərbaycanda beş yaşlı qızın mədəsindən böyük saç kütləsi çıxarılıb.
e-tibb.az-ın xəbərinə görə, əməliyyat Bakıdakı klinikalardan birində, uşaq cərrahı, tibb üzrə fəlsəfə doktoru Toğrul Ömərov tərəfindən icra olunub. Cərrah Toğrul Ömərov e-tibb.az-a bildirib ki, 18 sm ölçüdə olan tük kütləsi (bezoar) bütün mədəni və 12 barmaq bağırsağı örtübmüş. Əməliyyatla kütlə tamamilə xaric olunub və hazırda azyaşlının vəziyyəti normaldır.
Həkimin sözlərinə görə, tirixofagiya adlandırılan xəstəlik əslində psixoloji problemdir. Uşaqlar öz saçlarını və ya yerə düşən tükləri götürüb yeyirlər. Bu zaman mədədə tük topası yığılır, tükdən ibarət böyük kütlə əmələ gəlir. Kütlə mədəni tam tutduqda artıq qidalana bilməmək, qusma və mədə nahiyəsində şişkinlik kimi əlamətlər ortaya çıxır. Bu kimi hallarda mütləq cərrahi müdaxilə, yəni tük kütləsinin çıxarılması mütləqdir.
T. Ömərov onu da deyib ki, vaxtında aşkarlandıqda, psixoloqlar tərəfindən kömək olunarsa, bu xəstəliyin qarşısı alınır. Əməliyyatdan sonra da xəstə pisxoloqun nəzarəti altına alınmalıdır.
Həkim qeyd edib ki, bu, daha çox qız uşaqlarında rast gəlinən probemdir.
Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09