Beş rayonda qaz olmayacaq
23 sentyabr 2014 12:00 (UTC +04:00)

Beş rayonda qaz olmayacaq

0

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz”-dan Lent.az-a verilən xəbərə görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması, həmçinin yeni quraşdırılmış ölçü qovşağının şəbəkəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 13.00-dək Sabunçu rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

 

Saat 13.00-dan 15.00-dək Şirvan şəhərinin bir hissəsinə, saat 16.00-dək Xəzər rayonunun bir hissəsinə də təbii qazın verilişində məhdudiyyətlər olacaq.

 

Eyni zamanda, 23-24 sentyabr tarixlərində Şamaxı şəhəri də daxil olmaqla, rayonun bir hissəsinə və Qobustan rayonunun Xilmilli kəndinə təbii qazın verilişində fasilələr yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1076

Oxşar yazılar