“İki gün öncə Alpout kənd sakini yanıq xəsarəti ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib”. Bunu Lent.az-a açıqlamasında rayonun baş həkimi İftixar Zeynalov bildirib. Onun sözlərinə görə, həmin şəxs Vəliyev Maarif Əvəz oğludur və o, hər iki aşağı ətrafından yanıq xəsarəti alıb.
Baş həkim onu da bildirib ki, xəstə xəstəxanaya yaxınları tərəfindən gətirilib.
“Xəstənin vəziyyəti hazırda kafidir. Qorxulu heç nə yoxdur. 2-3 günə evə buraxıla bilər”.
Xəstəxananın Travmatologiya şöbəsindən də Lent.az-a bildirildiyinə görə, xəstənin vəziyyəti normaldır.
Qeyd edək ki, anpress-in məlumatına görə, Bərdə rayon Alpout kənd sakini, ikinci qrup əlil M. Vəliyev özünə Bərdə Rayon İcra Hakimiyyətinin binası qarşısında qəsd edib.