BDU-nun bir qrup müəllimi orta məktəblərdə olub
22 may 2014 17:58 (UTC +04:00)

BDU-nun bir qrup müəllimi orta məktəblərdə olub

Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Təhsil Nazirliyi tərəfindən başlanılmış, abituriyentlərin ixtisas seçiminə dəstək məqsədilə "İxtisas seçimi” adlı kampaniya çərçivəsində Bakı Dövlət Universiteti (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin bir qrup müəllim və tələbəsi Bakı şəhəri Səbayel rayonu 236 və 239 saylı məktəblərdə yuxarı sinif şagirdləri ilə görüş keçirib.

 

Lent.az-ın xəbərinə görə, hər iki məktəbdə keçirilən tədbirdə Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini, dos. Ələmdar Cabbarlı, Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, Nadir İsmayılov və Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov çıxış edərək, respublikamızda həyat keçirilən uğurlu təhsil islahatlarından, o cümlədən "İxtisas seçimi” kampaniyasından bəhs ediblər. Natiqlər BDU-nun və Kitabxanaçılıq-informasiya fakültəsinin ölkənin təhsil sferasında olan rolundan söz açıblar.

 

Daha sonra tədbirdə Kitabxanaçılıq-informasiya fakültəsi haqqında hazırlanmış slayd nümayiş etdirilib, fakültənin istedadlı tələbələrinin ifasında ədəbi-bədii nümunələr səsləndirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627
avatar

Oxşar yazılar