BDU-da "Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib
23 sentyabr 2014 18:24 (UTC +04:00)

BDU-da "Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib

Bakı Dövlət Universitetində Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə "Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib.
 
BDU-dan Lent.az-a verilən məlumata görə, "Azərbaycan ədəbiyyatında sülh mövzusu” adlı tədbiri Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini, dosent Ələmdar Cabbarlı açaraq mövzunun əhəmiyyətindən bəhs edib. O bildirib ki, xalqımız tarixən sülhsevər xalq olub və bu dünyagörüşü folklorumuzdan başlayaraq çağdaş dövrümüzə qədər ədəbiyyatımızda öz əksini tapıb.
 
Daha sonra tədbirə dəvət olunmuş şairlər - Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, prezident təqaüdçüsü Qəşəm Nəcəfzadə, BDU-nun kafedra müdiri, dosent Knyaz Aslan, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü Əvəz Qurbanlı tələbələr qarşısında çıxış edərək, dünyada və regionda sülhün əhəmiyyətindən bəhs edib, bu mövzuda yazılmış şeirlərini oxuyub və tələbələrin suallarını cavablandırıblar.
 
Tədbir tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635
avatar

Oxşar yazılar