Baytarlıq Xidməti monitorinqin nəticələrini açıqladı
20 dekabr 2013 12:59 (UTC +04:00)

Baytarlıq Xidməti monitorinqin nəticələrini açıqladı

Dekabrın 9-dan “quş qripi” xəstəliyinə görə ölkə ərazisində başlanmış növbəti monitorinqin nəticəsi açıqlanıb. Dövlət Baytarlıq Xidmətindən Lent.az-a verilən məlumata görə, monitorinq  zamanı seçmə üsulla ovlanaraq götürülən 26 baş çöl quşunun patoloji materialı və ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1161 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib.

 

Müayinə olunmuş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib. Bu nəzarəti tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.

 

Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

 

Xatırladaq ki, “quş qripi” xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566

Oxşar yazılar