Baş Səhiyyə İdarəsi: 25 037 uşaqda müxtəlif xəstəliklər aşkar edilib
13 yanvar 2014 16:54 (UTC +04:00)

Baş Səhiyyə İdarəsi: 25 037 uşaqda müxtəlif xəstəliklər aşkar edilib

Ötən il Bakıda “Uşaqların icbari dispanserizasiyası haqqında” qanuna əsasən uşaqlar məcburi tibbi müayinədən keçiriliblər. Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev APA-ya açıqlamasında bildirib ki, müayinələr zamanı paytaxt üzrə 78 tibb müəssisəsi uşaq əhalisinə tibbi xidmət göstərib. R.Nağıyev qeyd edib ki, tibb müəssisələrinin 58-i ambulator poliklinika sistemi, 8-i uşaq xəstəxanası, 1-i uşaq bərpa-müalicə mərkəzi, 10-u uşaq sanatoriyası və 1-i isə dəri-zöhrəvi dispanserdir. Rəis müavini qeyd edib ki, Bakı şəhəri üzrə uşaq əhalisinin sayı 687 287 nəfərdir: “Bu uşaqlardan 676 286 nəfəri müayinədən keçib. Qalan 2%-i isə öz ünvanını təyin etməyən, paytaxtdan rayona və ya hansısa xarici ölkəyə köçən uşaqlardır. Hazırda onların araşdırılması və müayinədən keçirilməsi istiqamətində iş aparılır. Həmin uşaqlar müayinələr zamanı müəyyən yaş qruplarına bölünüb ki, bunlar da 5, 13 yaşı və yeniyetmə dövrünü əhatə edir”.

 

Səhiyyə İdarəsinin rəsmisi qeyd edib ki, aparılan müayinə nəticəsində 25 037 uşaqda xəstəlik aşkar olunub. Bunlara müxtəlif xəstəliklər daxildir-dişdə kariyes, onurğada deformasiya, həzm sistemi xəstəlikləri və s. Onun sözlərinə görə, uşaqlarda aşkar olunan xəstəliklərin 10%-i dayaq-hərəkət sisteminin patologiyası, 6,3%-i sinir sistemi xəstəlikləri, 5,7%-i həzm sistemi xəstəlikləri, 5,2%-i isə dövrü xəstəliklərin payına düşüb: “Aparılan müayinələr və ambulator müalicələrdən sonra artıq uşaqların  67%-də bərpa işləri başa çatıb. Qalan uşaqlar da yavaş-yavaş müxtəlif xəstəliklərə qarşı müalicəni davam etdirirlər. Onların müayinəsi ilə bağlı bütün məlumatlar uşaqların elektron sağlamlıq kartında yerləşdirilib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 944
avatar

Oxşar yazılar