Baş redaktor: “…ciddi tədbir görülsün”
18 oktyabr 2013 15:17 (UTC +04:00)

Baş redaktor: “…ciddi tədbir görülsün”

“Azərbaycan əhalisinin 65 faizinin internet istifadəçisi olması bir daha onu göstərir ki, ölkəmizdə söz, mətbuat və fikir azadlığı mövcuddur və hər kəs öz fikrini sərbəst ifadə etmək imkanına malikdir. Amma çox təəssüflər olsun ki, Azərbaycan dövlətinin siyasətinin əsasını təşkil edən vətəndaşın öz fikrini, əqidəsini heç bir təsirə məruz qalmadan müstəqil ifadə etməsi imkanından qərəzli istifadə edənlər də mövcuddur”.

Bunu Lent. az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

 Baş redaktor bildirib ki, “Facebook” səhifələrində və bir sıra sosial şəbəkələrdə insanların istək və arzularına müvafiq debatlar və dialoqlar olduğu kimi, etik normalara cavab verməyən, daha ciddi desək təhqir, söyüş, təhdid, şəxsiyyətə toxunma hallarına yol verən naqislər də var:

“Bu fikrimi bəyan etməkdə məqsədim odur ki, bir saat öncə bilmişəm ki, mənim adıma saxta profil açılıb. Açılan bu saxta profildə siyasi əqidəmə və mövqeyimə uyğun olmayan münasibətlərin, rəylərin yer alması ən azı vətəndaşlıq hüquqlarımın pozulmasıdır. Belə saxtakarlığa əl atanlar ilk növbədə bilməlidirlər ki, bütün fəaliyyətim boyu müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyev ideyalarına həmişə sadiq olmuşam, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyirəm və bu ömrümün sonuna qədər belə də olacaq. Baş redaktoru olduğum «İki sahil» qəzeti daim dövlətçiliyimizin inkişafına xidmət edir, Heydər Əliyev siyasətinin və ideyalarının ən böyük təbliğatçısıdır. Eyni zamanda Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü kimi siyasi, iqtisadi, demokratik proseslərdə vətəndaşlıq məsuliyyətimi aydın dərk edərək ön sıralarda gedən insanlar arasında olmuşam. Bir daha bəyan edirəm ki, mən bu mövqeyimə görə qürur hissi keçirirəm və ömrümün sonuna qədər belə də olacaq. Bu baxımdan mənim adıma saxta profil açıb siyasi mövqeyimə uyğun olmayan yalan, böhtan məlumatlar yayanlar vicdanları qarşısında cavab verməklə, həm də Azərbaycanda dövlət səviyyəsində qorunan ali qanunlarımız qarşısında da cavab verməli olacaqlar. Qoy bu saxta profil yaradanlar bilsinlər ki, belə çirkin, yaramaz əməlləri ilə mənim əqidəmə və mövqeyimə zərrə qədər də kölgə sala bilməzlər. Bir vətəndaş kimi öz hüquqlarımı qorumaq haqqımı aidiyyəti qurumlardan rica edirəm. Mənimlə bağlı belə yaramaz əməllərlə məşğul olanlar haqqında ciddi tədbir görülsün və onların kimliyi geniş ictimaiyyətə açıqlansın”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 826
avatar

Oxşar yazılar