Baş nazir vizalara dair qərara dəyişiklik etdi
22 may 2014 11:33 (UTC +04:00)

Baş nazir vizalara dair qərara dəyişiklik etdi

Baş nazir Artur Rəsizadə “Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edilməsi barədə qərar verib. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib. qərarın adına dəyişiklik edilib və “Viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında” qərar adlandırılıb.

 

Baş nazirin qərarında qeyd olunur ki, bundan sonra bu qaydalar ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbilərlə bərabər vətəndaşlığı olmayan şəxslərin də pasportlarına yapışdırılan vizanın ciddi hesabat sənədi kimi tətbiqi və uçotu qaydalarını müəyyən edəcək. İndiyə qədər əcnəbilər viza alınması üçün Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinə, habelə Xarici İşlər Nazirliyinə müraciət etdikdə qanunvericiliklə müəyyən olunmuş sənədlərlə yanaşı, dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim ediblər. Səfirliklərin bu sahədəki səlahiyyəti ləğv olunub. Bundan sonra əcnəbilər viza alınması üçün Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və konsulluqlarına, habelə Xarici İşlər Nazirliyinə müraciət etdikdə qanunvericiliklə müəyyən olunmuş sənədlərlə yanaşı, dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 913

Oxşar yazılar