Ali Neft Məktəbi Böyük Britaniya şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
09 aprel 2015 15:25 (UTC +04:00)

Ali Neft Məktəbi Böyük Britaniya şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakıda keçirilən VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı çərçivəsində Bakı Ali Neft Məktəbi (BANM) və Böyük Britaniyanın “Confidence Capital” şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

 

Məktəbdən Lent.az-a verilən məlumata görə, razılaşmanın məqsədi BANM və “Confidence Capital” şirkəti arasında qabaqcıl texnologiyalar, yanacaq-enerji kompleksinin inkişafı haqqında Bakıda, Londonda və digər şəhərlərdə seminarlar, konfranslar, yay və qış məktəbləri, stajkeçmə, ixtisasartırma və yenidənhazırlama kursları təşkil edilməsi və biliklərin dövlət orqanlarının, şirkətlərin, müəssisələrin, elm və təhsil mərkəzlərinin, qeyri-hökumət təşkilatlarının mütəxəssislərinin, tələbələrin arasında yayılması sahəsində əməkdaşlığın qurulmasıdır.

 

Qeyd edək ki, aprel ayının 9-10 tarixlərində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş SOCAR-ın dəstəyi, Böyük Britaniyanın “Confidence Capital” şirkəti və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə Bakıda VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı keçirilir. Konfrans Azərbaycanın neft strategiyasının uğurlarının təbliğ edilməsi və mütəxəssislər arasında işgüzar əlaqələrin yaradılması üçün əlverişli platforma olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Oxşar yazılar