BANM “Şərqə Doğru” proqramı çərçivəsində layihə həyata keçiriləcək
28 dekabr 2013 11:10 (UTC +04:00)

BANM “Şərqə Doğru” proqramı çərçivəsində layihə həyata keçiriləcək

Bakı Ali Neft Məktəbinin “Bakı Qış Neft Məktəbi” layihəsi Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Şərqə Doğru” proqramı çərçivəsində həyata keçirdiyi tenderi qazanıb. Bu barədə Lent.az-a ali məktəbin şöbə müdiri Kəmalə Paşayeva bildirib. Onun sözlərinə görə, layihəyə əsasən, müsabiqəni uğurla keçən Almaniyanın müxtəlif universitetlərində təhsil alan alman tələbələr gələn il martın 3-dən 15-dək Bakı Ali Neft Məktəbində keçiriləcək qış məktəbində iştirak edə bilərlər. Qış məktəbində iştirak etmək üçün namizədlər birbaşa təşkilatçılara müraciət edəcək və təşkilatçıların rəyi nəticəsində iştirakı müəyyənləşdirilən tələbələrin xərcləri DAAD tərəfindən ödəniləcək. Qış məktəbində azərbaycanlı tələbələr də iştirak edə bilərlər. İştirak etmək istəyən azərbaycanlı tələbələr Bakı Ali Neft Məktəbinin təqaüd proqramına müraciət edəcək və seçildikləri təqdirdə qış məktəbində təhsil ala biləcəklər.

 

“Bakı Qış Neft Məktəbi” proqramı çərçivəsində tələbələr yalnız akademik biliklərə yiyələnməyəcək, eyni zamanda Azərbaycanı daha yaxından tanımaq üçün əsrarəngiz təbiəti olan bölgələrimizə səyahət edəcək, muzeylərimizlə və görməli yerlərlə tanış olacaqlar. Layihə çərçivəsində tələbələr Azərbaycanın neft tarixinə daha yaxından bələd olmaq üçün neft buruqları, tarixi neft daşları, neft muzeyi və s. bu kimi əhəmiyyətli yerlərlə də tanış olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar