Bakı Ali Neft Məktəbində tələbələrin Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “İnformasiya – kommunikasiya texnologiyalarının neft-qaz və kimya mühəndisliyində tətbiqi” mövzusunda 1-ci elmi-texniki konfransına yekun vurulub. Bu barədə Lent.az-a ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Paşayeva bildirib.
Rektor Elmar Qasımov konfransda məzmunlu məruzələri ilə fərqlənmiş tələbələrə Təşkilat Komitəsinin diplomlarını, hədiyyələri və konfransın məruzələrinin çap olunmuş toplusunun nüsxələrini təqdim edib.
BANM-də tələbə elmi-texniki konfranslarının hər il keçirilməsi nəzərdə tutulub.