Fəaliyyətinin 22 illiyi ərəfəsində Bank Respublika MasterCard Standard və Visa Classic plastik kartları üzrə aksiya keçirir. Aksiya çərçivəsində 1-31 may tarixlərində plastik kart əldə etmək istəyənlər MasterCard Standard və Visa Classic kartlarını pulsuz və ilkin mədaxilsiz ala biləcəklər. Həmçinin qeyd olunan kart növlərinin sahiblərinə SMS-notification xidməti 3 ay müddətinə hədiyyə olunacaq. SMS-notification xidmətini aktivləşdirmək üçün kartın sifariş formasında bu xidməti qeyd etmək kifayətdir, ödənişsiz müddət bitəndən sonra xidmət standart tariflə aktiv olacaq.
Bank Respublika plastik kartlarının əlavə üstünlükləri kimi: geniş Cash-in funksiyalı bankomatlar şəbəkəsi, MobilBank və yeni istifadəyə verilmiş “İnternet Şöbə”xidmətlərini qeyd etmək olar.
Plastik kartları bankın rəsmi səhifəsində və istənilən bank filialında sifariş etmək mümkündür.
Bank Respublika – Sizə Faydalı!