Sığınacağa yerləşdirilən 6 yaşlı qızdan <span style="color:red;">XƏBƏR VAR
04 aprel 2019 18:56 (UTC +04:00)

Sığınacağa yerləşdirilən 6 yaşlı qızdan XƏBƏR VAR

Aprelin 2-də gecə saatlarında 3-cü mikrorayon ərazisində aşkarlanan 6 yaşlı Məryəmin artıq anası və xalalarının kim olduğu aşkarlanıb.

 

Azərbaycan Uşaqlar Birliyinin sədr müavini və Azərbaycan Uşaqlar Birliyi Uşaq sığınacağı reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli Lent.az-a açıqlamasında bildirib ki, hazırda sığınacaqda olan Məryəmin anası ilə telefonla danışıb: “Roman qrupuna (qaraçı) məxsus olan Məryəmin anası ilə əlaqə saxladıq. Hazırda onun anası Bakıda deyil. Məryəm Bakıda xalalarının yanında qalırmış. Xalalarının kimliyi də bəllidir. Dünəndən bəri bizim “qaynar xətt”ə gələn məlumatlar sayəsində uşağın dilənçiliklə məşğul olduğu məlum olub. Artıq anasının, qohumlarının yaşadığı əraziləri, konkter olaraq hansı ərzilərdə diləndiyni, kimlərin yanında qalmasını bəlli etmişik".

 

Dediyinə görə, bununla bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət olunub: "Faktla bağlı araşdırma aparılır. Hüquq mühafizə orqanları işə baxdıqdan sonra daha ətraflı məlumat veriləcək. Uşaq hazırda sığınacaqdadır. Hələ ki, ailəyə bərpası düşünülmür. Anası ilə danışdıq. Uşağın dilləndiyini inkar edirlər. Amma uşağın üzərindən çıxan kağız və dəmir pullar, saydığı ərazilər onun birbaşa nəzarət altında dillənməsi ehtimalını doğurur. Dəqiq məlumat DİN-in araşdırmasından sonra məlum olacaq”.

 

V.Akifli bildirib ki, qızın nalayiq ifadələr işlətməsi, səliqəli geyimdə olsa da, çirk içində olması kimi ehtimallar 6 yaşlı Məryəmin uzun müddətdir küçələrdə dilləndiyini deməyə əsas verir.  

 

Qeyd edək ki, ötən gün Nəsimi rayonu 3-cü mikrorayon ərazisində itkin düşmüş Məryəmə polis əməkdaşları yardım edərək onu Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1638
avatar

Aygün İbrahimli

Oxşar yazılar