Balaca Kamillanın sizə ehtiyacı var
14 noyabr 2014 11:37 (UTC +04:00)

Balaca Kamillanın sizə ehtiyacı var

 

Kamilla Kərəm qızı Yusiflinin təcili yardıma ehtiyacı var. Uşaq cəmi 4 aylıqdı, əgər onun valideynləri pul yığa bilməsələr, körpə ömrünün sonuna qədər kor qala bilər. Uşaq anoftalmiya adlı nadir xəstəlikdən əziyyət çəkir. Balaca Kamillanın doğulandan göz alması inkişaf eləməyib. Təəssüflər ki, Azərbaycandakı xəstəxanalar uşağa heç bir yardım göstərə bilmirlər, çünki bu cür əməliyyatlar yalnız İsraildə keçirilir. Kamillanin anası Sura Namazovanın sözlərinə görə, uşağın görmə qabiliyyətini yalnız İsrail klinikalarında bərpa etmək olar: “Bu vacib əməliyyata, donora və tam reabilitasiyaya 100-150 min evro civarında məbləğə ehtiyacımız var. Bizim bu qədər böyük məbləği əldə etmək imkanımız yoxdur. Onun üçün biz insanlara müraciət edirik. Hər bir kömək bu gün bizim üçün vacibdir. Biz hətta İstanbul klinikası ilə əlaqə saxlamışıq, amma onlar dedilər ki, uşağın zehnini qaytara bilməyəcəklər. Yalnız göz almacığına xüsusi bir protez yerləşdirə bilərlər. Bu, kəllə və üz sümüklərinin normal inkişafı üçün çox vacibdir.  99 % zehni bərpa etmək yalnız İsraildə mümkündür. Dekabrın əvvəlində biz Türkiyəyə səfər etməyə hazırlaşırıq, orada uşağın göz siniri olub olmamağını aydınlaşdıracağıq. Ondan sonra isə əməliyyata hazırlıq görüləcək. Ancaq sizin yardımınıza ümid edirəm.  

Qeyd edək ki, xəstə Kamillaya maliyyə dəstəyi göstərmək üçün iki bankda hesablar açılıb.  

Daha ətraflı məlumat aşağıda göstərilən nömrələrdə ala bilərsiniz.

Balaca Kamillanın anası Namazova Sura: 050 790 11 97; 0550819 11 97; 012 568 84 79; 012 371 27 76

«Bank of Baku» ASC (AZN)

Həzi Aslanov filiali

Kod: 510813

Müxbir hesab: AZ27NABZ01350100000000007944

Swift code: JBBKAZ22

VÖEN: 1700038881

IBAN:AZ18JBBK03801000019100825I45

Hesab nöomrəsi: 3801000019100825I45

Hesab sahibi: Namazova Sura

«Bank of Baku» (OJS)

Intermediatery bank - International «Raiffaisen Bank» (USD)

(Avstriya, Vena)

ACC N: 3811001019100925I45

SWIFT KODU: RZBAATWW

BENEFICIARY: Namazova Sura

IBAN: AZ89JBBK03811001019100925I45

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843
avatar

Oxşar yazılar