Bakıya 55 min qoyun gətirilir
15 oktyabr 2013 01:43 (UTC +04:00)

Bakıya 55 min qoyun gətirilir

Qurban bayramı ərəfəsində Dövlət Baytarlıq Xidməti tərəfindən  qurbanlıq üçün kəsiləcək heyvanların yoxlanılmasına başlanılıb. Reydlər 4 gün davam edəcək".

 

Bayrama qədər Bakıya 55 min baş qoyun, 9200 baş iribuynuzlu heyvan gətiriləcək. Bakı şəhəri üzrə 23 kəsim məntəqəsində 27 Sanitar-Baytarlıq Laboratoriyası tərəfindən 2 gündən bir bu cür tədbirlər keçiriləcək. Bunun üçün 100-ə yaxın baytar mütəxəssis cəlb edilib.

 

APA TV-nin məlumatına görə, Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayev bunları dedi: "Əsas gətirilən heyvanın forma 1 baytarlıq arayışına diqqət yetirirk. Onsuz gələn heyvanların satışı bizim tərəfimizdən qadağan edilir. Hələ ki, belə bir halla rastlaşmamışıq".

 

İdarə rəisi ayrılan xüsusi yerlərdən kənarlarda heyvan və ət satışı ilə məşğul olan şəxslərin cəzalandırılacağını da deyir. Fiziki və hüquqi şəxslərə 50-150 manat arasında cərimə sanksiyaları tətbiq olunacaq. Şahmar Abdullayev qurbanlıq alan əhaliyə xəbərdarlıq da etdi: "Biz alıcılara onu deyə biliərik ki, müayinədən keçməyən, sənədi olmayan heyvanlar almasınlar. Ola bilsin ki, diqqətdən yayınar".

 

Bazardakı qiymətlərlə də maraqlandıq. Satıcıların sözlərinə görə, qiymətlərdə heç bir artım yoxdur. Ancaq alıcı qıtlığından şikayətçidirlər.

 

Satıcı: "Alıcı demək olar ki, yoxdur. Qiymətlər bahadırsa, bütün respublikada elədir. Bizdən aslı olan şey deyil. Mən 10 manata verirəm ətin kilosunu. Kimsə qaldıracaqmı bilmirəm, mən qaldırmayacağam".

 

Alıcı: "120 nanata aldım, 15 kilodur. Əvvəlki illərə baxanda çox yaxşıdır".

 

Oktyabrın 15-16-da səhər saatlarından etibarən Qurban Bayramı ilə əlaqədar Bakı şəhəri və Bakı ətrafı qəsəbələrdə təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyət göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1214
avatar

Oxşar yazılar