Bakının bütün sürüşmə sahələrində monitorinqlərə başlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov APA-ya açıqlamasında bildirib ki, ötən gündən başlayan monitorinqlər 1 həftə ərzində davam edəcək.
Onun sözlərinə görə, monitorinqlər zamanı Bakının 7 əsas sürüşmə sahəsində - Badamdar, Bayıl, Əhmədli-1, Əhmədli-2, Zığ, Qaraçuxur, Masazırdakı mövcud vəziyyət yoxlanılacaq. B.Qaralov qeyd edib ki, monitorinqlərin aparılmasında məqsəd sürüşmə sahələrində mövcud vəziyyəti öyrənmək və hər hansı bir hallara qarşı əvvəlcədən tədbirlər görməkdən ibarətdir. O vurğulayıb ki, monitorinqlər zamanı sürüşmə sahələrində hansısa təhlükəli vəziyyət aşkar edilərsə bu barədə hökumətə məlumat veriləcək.