“Əl Oyunları sarayı” kimi tanınan “Bakı İdman Sarayı”nın təmiri davam etdirilir. Lent.az-ın məlumatına görə, bir müddət əvvəl saray hasara alınıb və fasadı tamamilə sökülüb. Binanın daxilində də əsaslı təmir işlərinə başlanılıb.
Əsaslı yenidənqurma layihəsi çərçivəsində sarayın işıqlandırma sistemi yenilənəcək. Fasad və daxili tərtibat da dəyişdiriləcək. təmir işlərindən sonra sarayda tamaşaçı yerlərinin sayı da artacaq.
Təmir işlərinin 2014-cü ildə yekunlaşacağı gözlənilir.