Bakının məşhur məktəbi sökülür
25 iyul 2014 12:47 (UTC +04:00)

Bakının məşhur məktəbi sökülür

Yasamal rayonundakı 20 saylı məktəb-liseyin söküntüsünə başlanıb. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, hazırda məktəbin ətrafı hasarlanıb və içəridəki əşyaların çıxarılmasına start verilib. Həmçinin məktəbə söküntü işlərinin həyata keçirilməsi üçün əlavə texnikalar da gətirilib. 

İşçilər söküntü prossesinə artıq bir neçə gün öncə başladıqlarını bildiriblər. 
 

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada həmin məktəbdə təhsil alan şagirdlərin aqibətinə də aydınlıq gətirilib: "Orada təhsil alan şagirdlər müvəqqəti olaraq başqa məktəblərə köçürüləcəklər".

Həmçinin nazirlikdən bildiriblər ki, sökülən məktəbin yerində müasir standartlar uyğun olan yeni məktəb-lisey binası tikiləcək. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1974

Oxşar yazılar