Bakının mərkəzinə gələn nəhəng yol yenidən qurulur
15 mart 2013 10:17 (UTC +04:00)

Bakının mərkəzinə gələn nəhəng yol yenidən qurulur

Bakının bir sıra iri yaşayış məntəqələrini mərkəzə birləşdirən Zabrat-Maştağa-Buzovna yolu yenidən qurulur. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, Zabrat, Maştağa, Kürdəxanı, Pirşağı, Buzovna, Nardaran kimi qəsəbələri avtomobil yolunun yenidən qurulmasına keçən ilin oktyabr ayından start verilib. İlk olaraq yolun Zabrat və Maştağa qəsəbələrini birləşdirən 5,2 kilometrlik hissəsində iş aparılıb: “Nəqliyyatın intensiv hərəkət etdiyi bu yol yenidənqurmadan sonra 6 zolaqlı edilib, yola üçqat asfalt-beton örtüyü döşənib. Xətləmə, yol nişanlarının qurulması və digər işlər də başa çatdırılıb. Hazırda işıq dirəkləri də qoyulur”.

P.Mürsəliyev bildirib ki, hazırda Maştağa-Buzovna yolunun da yenidən qurulması işi həyata keçirilir. 9 kilometr uzunluğu olan bu yol 4 zolaqlı olacaq: “Yolun 1 kilometr hissəsinə artıq 3 qatlı asfalt-beton örtüyü döşənib. İşlər intensiv olaraq davam etdirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1931
avatar

Nizam Rza

Oxşar yazılar