Bakının mərkəzindəki binalar görkəmini dəyişir
15 noyabr 2013 18:04 (UTC +04:00)

Bakının mərkəzindəki binalar görkəmini dəyişir

Səbail rayonunun mərkəzində çoxmərtəbəlı binaların fasadları təmir olunur və üzlənir. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, hazırda Səbail rayonunun mərkəz hissəsində yerləşən çoxmərtəbəli yaşayış və inzibati binaların fasad və dam örtüklərinin əsaslı təmiri, binaların müasir qaydada üzlənməsi işləri davam edir. Binaların uzun illər əvvəl tikildiyi və onların bir çoxunun tarixi memarlıq abidələri olduğundan hər bir binanın təmirinə xüsusi fikir verilir, işlər müvafiq layihə sənədləri əsasında aparılır. Binaların memarlıq görünüşü saxlanılır, aşınmaya məruz qalmış və piyadalar üçün təhlükə yaradan elementlər yeniləşdirilir, möhkəmləndirmə işləri aparılır. Həmin binaların dam örtükləri, eyvanları tam yenilənmiş, yeni oricinal məhəccərlər quraşdırılıb.

 

Bu işlər çərçivəsində hazırda mərkəz ərazidə Üzeyir Hacıbəyov küçəsində yerləşən   Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin inzibati binası, Neftçilər prospektində 111 və  131 saylı binaların təmir və üzlənməsi aparılır. Həmçinin şəhərin mərkəzində Hökumət evinin arxa hissəsində, Fikrət Əmirov küçəsi 1 və 2 ünvanlarında yerləşən 16 mərtəbəli yaşayış binalarının da təmir olunaraq üzlənməsi və bura yeni, müasir görkəm verilməsi ilə bağlı işlər davam edir və bu işlərin ilin sonuna kimi başa çatması planlaşdırılıb. Mərkəzi küçələrdəki digər binaların da təmir-möhkəmləndirilməsi işləri aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1813
avatar

Nizam Rza

Oxşar yazılar