Bakının mərkəzində yeni 8 zolaqlı yol çəkilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, Nobel prospektinə paralel olaraq, dənizin kənarı ilə yeni yolun tikintisi davam etdirilir 8 zolaqlı yolun uzunluğu 1,75 kilometr, eni isə 45 metr olacaq. Yol boyunca 3 yeraltı piyada keçidinin tikintisi nəzərdə tutulub.
Yolun layihələndirilməsinə 2013-cü ildən başlanılıb. Keçən ilin may ayından yolun keçəcəyi ərazilərdə söküntüyə başlanılıb. Hazırda ərazidə söküntü, eləcə də torpaq və kommunikasiya işləri davam etdirilir. Eyni zamanda piyada keçidlərinin tikintisi da həyata keçirilir.
Qeyd edək ki, yeni yol Neftçilər prospektindən başlamaqla Nobel prospekltinədək uzanacaq.