Bakının mərkəzində 20 milyon dollara villa satılır
05 iyun 2014 12:57 (UTC +04:00)

Bakının mərkəzində 20 milyon dollara villa satılır

Bakıda 16 000 000 AZN (20 397 756 ABŞ dolları) qiymətində ev satılır. Lent.az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə satılan evlərin reklamı ilə məşğul olan saytda məlumat yerləşdirilib.

Məlumata əsasən, Bakı şəhəri Yasamal rayonunda, Tbilisi küçəsində yerləşən 10 otaqlı ev çox baha qiymətə satılır. Belə ki, Avropa otelinin yanında yerləşən “iqamətgah”-ın ümumi sahəsi  1 400 kvadratmetr təşkil edir. Bu cür saraya sahib olmaq istəyən şəxs nə az, nə çox düz 16 000 000 manat ödəməli olacaq.

Qeyd edək ki, bu qiymətdən də aşağı, yəni 10 000 000 ABŞ dollarına Braziliyaya məxsus İlha Das Pacas adlı ada almaq mümkündür. Adanın sahəsi 1 400 kvadratmetr yox, 146 kvadrat kilometr təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2450
avatar

Oxşar yazılar