Bakının əsas prospektlərindən biri bağlandı
13 noyabr 2013 10:55 (UTC +04:00)

Bakının əsas prospektlərindən biri bağlandı

Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən Mətbuat prospektinin bir hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb. Lent.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, Mətbuat prospektinin General Akim Abbasov küçəsi ilə kəsişməsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsinə qədər (Yasamal parkı) olan hissəsində aparılan təmir işləri ilə əlaqədar yol bağlıdır.

Yolun digər hərəkət hissəsində nəqliyyat vasitələrinin iki istiqamətli hərəkəti təmin edilib.

Prospektdə hərəkətin tam bərpa ediləcəyi vaxt açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1354
avatar

Nizam Rza

Oxşar yazılar