Bu gün Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun
verilməsində fasilə yaranacaq. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti şöbəsindən Lent.az-a verilən məlumata görə, bu, Kür-Bakı su kəmərinin (1200 mm diametrli) Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəza ilə əlaqədardır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.