Bakı şəhərində daha bir küçə əsaslı təmirdən sonra əhalinin istifadəsinə verilib. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, Nizami rayonu ərazisindəki Elşən Süleymanov küçəsində kommunikasiya xətləri bərbad vəziyyətdə olduğu üçün yolda gediş-gəliş xeyli çətinləşmişdi. Bu səbəbdən də 2,8 kilometr uzunluqlu yol tamamilə yenidən qurulub. Yolun eni 8 metrdən 12 metrədək artırılıb. Bundan başqa yola ikiqat asfalt döşənib.
Yol nişanları yenilənib, xəttlənmə işləri görülüb, həmçinin yeni işıq dirəkləri quraşdırılıb.
E.Süleymanov küçəsi artıq istifadəyə verilib.