Bakılılara şad xəbər
06 mart 2014 12:02 (UTC +04:00)

Bakılılara şad xəbər

Abşeronun ekoloji bərpa proqramı çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən bəzi çirklənmiş ərazilərin təmizlənmə prosesi başa çatıb. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə keçirilən AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsində növbəti seminarda bildirilib.  Qeyd olunub ki, Ramanıda istirahət parkı, Suraxanıda isə meşə zolağı insanların istifadəsinə təhvil verilmə ərəfəsindədir.

 

Radiasiya Problemləri İnstitutunun Gömrük Komitəsi, Xüsusi Xidmət Orqanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Xəzər Ekoloji Laboratoriyası və elmi-tədqiqat İnstitutları ilə texniki əmakdaşlıq çərçivəsində 148 nümunə radiospektral analiz edilib. ETSN-nin Milli Geoloji Axtarış Ekspedisiyası radioaktiv və kompleks elementlərin Əshabi-kəhf və Ləkətağ sahələrindən götürülmüş 650 nümunənin radionuklid tərkibi qamma spektrometrik metodlarla tədqiq edilib. Təqdim olunmuş nümunələrin tərkibində təbii və süni Cs-137 radionuklidlər müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2075

Oxşar yazılar