Bakıdakı kitabxanalarda  vakansiyalar ləğv ediləcək
18 dekabr 2013 21:12 (UTC +04:00)

Bakıdakı kitabxanalarda vakansiyalar ləğv ediləcək

Nazirlər Kabineti “Azərbaycan Respublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri”nin təsdiq edilməsi haqqında”  2011-ci il 11 oktyabr tarixli 162 nömrəli qərarına dəyişiklik edib. APA-nın məlumatına görə, kitabxana müəssisələrində yaradılacaq yeni şöbə və ştatlar kitabxana-informasiya sahəsində aparılan islahatlar və struktur təkmilləşdirilməsi nəticəsində sərbəstləşən ştat vahidləri hesabına həyata keçirilib.

 

Dəyişikliyə əsasən, indiyə qədər Bakı şəhərində yerləşən mərkəzləşdirilmiş kitabxana sistemlərinin filiallarında kitabxana işçiləri tərəfindən tutulmuş, lakin bu qərarla müəyyən edilmiş say həddindən artıq ştatlar gələcəkdə yarana biləcək vakansiyalar hesabına ləğv ediləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1241
avatar

Oxşar yazılar