Bakıda yol təsərrüfatına böyük zərbə
14 noyabr 2013 14:25 (UTC +04:00)

Bakıda yol təsərrüfatına böyük zərbə

Noyabrın 14-nə keçən gecə Bakı Beynəlxalq Hava Limanı yolunda (aeroport yolu) naməlum şəxs və ya şəxslər xeyli sayda yol təsərrüfatı mülkünü məhv edib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, Zığ dairəsi-hava limanı yolunda dəmir yolu xəttinin üzərindəki yol ötürücüsündə divara yerləşdirilmiş 109 ədəd beşguşəli işıqlandırıcı, əyrixətli tirlər üzərində 70 ədəd gizli işıqlandırıcı və əyrixətli tirlərin altında quraşdırılmış 138 ədəd xəbərdaredici siqnal işığı dağıdılaraq məhv edilib.

 

Hadisənin kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil. Faktla əlaqədar hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

 

Qeyd edək ki, bu hadisə nəticəsində yol təsərrüfatına min manatlarla məbləğdə ziyan dəyib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6126
avatar

Nizam Rza

Oxşar yazılar