Bakıda yol polisi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
26 may 2014 12:07 (UTC +04:00)

Bakıda yol polisi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

“Son zəng” günü yol polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.


 

Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

 

V.Əsədov qeyd edib ki, paytaxt məktəblərində keçiriləcək “Son zəng” tədbirlərində yol hərəkətinin təhlükəsiz və nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün Bakı Şəhər Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində işləyəcək.

 

V.Əsədov həmçinin bildirib ki, paytaxt ərazisində yerləşən bütün məktəblərin və digər təhsil ocaqlarının yerləşdiyi küçələrdə, onlara bitişik yollarda nəzarət gücləndiriləcək. Onun sözlərinə görə, ötən il keçirilən “Son zəng” tədbirində 17 məktəbli avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmə faktı aşkar edilib.

 

Şöbə rəisi nəqliyyat vasitələrinin sürücülərinə müraciətində bildirib ki, tədbir keçirilən məktəblərin yanında sıxlığın və tıxacın yaranmaması üçün şəxsi avtomobillərdən az istifadə etmələri xahiş edilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660
avatar

Oxşar yazılar