“Təhsil sistemində və prosesində uşaqların təhsil, təlim, tərbiyəsi ilə yanaşı, onların fiziki sağlamlığı vacibdir. Çünki onlar millətin gələcəyidir”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu baxımdan da ölkəmizdə “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tətbiqi ilə bağlı məsələyə diqqət etmək və nəzarəti həyata keçirmək üçün müəyyən işlər görülür. Nazir bildirib ki, ilkin mərhələ artıq başlayıb. Bakıda yerləşən 320-dən çox dövlət məktəbində qida standartlarının tətbiqi ilə bağlı tam unifikasiya işlərinin həyata keçirilməsi üçün özəl operatorların bu işə cəlb edilməsinə başlanılıb. Nazirin sözlərinə görə, gələn il yanvarın 1-dən bu prosesi tam həcmdə əhatə etmək mümkün olacaq: “Bakı məktəbləri ölkədə yerləşən məktəblərin cəmi 8 %-ni əhatə etməsinə baxmayaraq, orada oxuyan şagirdlərin sayı 27 %-dən çoxdur. Ona görə də bu layihənin birinci mərhələsində Bakı şəhərini əhatə etməklə proseslərin böyük hissəsini əhatə etmiş oluruq. Ölkənin digər ərazisində bu tədris ili ərzində standartların tam həcmdə tətbiq olunması üçün işləri başa çatdırmalıyıq”.

Oxşar yazılar

Vanqanın PROQNOZU: bu BÜRCLƏR tezliklə çox zəngin yaşayacaq
22 avqust 2025 , 00:02
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
21 avqust 2025 , 20:43
Bu BÜRCLƏR ciddi sınaqla üzləşəcək və həyatlarını köklü dəyişdirəcəklər
21 avqust 2025 , 19:19Hərbi prokuror şəhid Pəncəli Teymurovun ailəsində olub
21 avqust 2025 , 17:48
Küləkli hava bu tarixədək davam edəcək
21 avqust 2025 , 17:35
Azərbaycanda İNTERNET PROBLEMİ: Kiberhücum olub - YENİLƏNİB
21 avqust 2025 , 16:52
Sabah 3 rayon qazsız qalacaq
21 avqust 2025 , 16:32